17 yaşlı soydaşımız çayda boğuldu

  • By admin
  • 14 Avqust 2022 11:32

Gürcüstanın Borçalı bölgəsində 17 yaşlı soydaşımız çayda boğulub. Azərbaycanlıların kompakt yaşadığı Ağməmmədli kənd sakini Elman Qəmbərov, çayda boğularaq həlak olub.

Modern.az-a daxil olan məlumata əsasən, hadisə Depet çayının Quşçu kəndi ərazisində baş verib.

Məlumata əsasən, o, çayda çimən zaman çayın ətrafından hündür bir yerdən çaya tullanıb və çayın dərinliyində boğulub. Hadisə zamanı ətrafda digər şəxslər olsa da, lakin onun həyatını xilas edə bilməyiblər.

Kənd sakinləri bildirirlər ki, sözügedən ərazidə daş karxanaları müxtəlif qazıntı işləri apardıqlarından həmin ərazidə iri çuxurlar yaranıb, bu isə orada üzən uşaqların həyatı üçün böyük təhlükə hesab olunur.

Gununsesi.info