
Türkiyədə zəlzələnin baş verdiyi bölgələrdə axtarış-xilasetmə işləri davam etdirilir.
Bu dəqiqələrdə xilasedicilər Türkiyənin Adıyaman şəhərinin Bozbey adlandırılan ərazisində apardıqları axtarışlar nəticəsində Hivay adlı altı yaşlı qızcığazı dağıntılar altından xilas ediblər.
178 saat sonra xilas edilən azyaşlı səhiyyə işçilərinə təhvil verilib.
Kiçik qızın tibb işçilərindən ilk istəyi çiyələkli süd olub.
Mənbə: Haber Global