Amerika səfirliyinin ingilis dili müəllimləri üçün keçirdiyi proqrama müraciətin müddəti uzadılıb.
Belə ki, proqram üçün son müraciət tarixi dekabrın 13-nə qədər elan olunub.
Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı səfirliyin rəsmi səhifəsi yayıb.
Bildiririk ki, ABŞ səfirliyinin Şimali Karolina Dövlət Universiteti ilə əməkdaşlığı çərçivəsində həyata keçirilən Azərbaycanın 100 ən yaxşı ingilis dili müəllimi üçün “18 həftəlik İngilis Dili Təlimi Sertifikat proqramı”na müraciətlərin qəbulu elan edilir.
Qeyd edək ki, bu proqram ən son kommunikativ tədris üsullarına əsaslanaraq, müəllimləri yeni tədris metodlarını öz siniflərində tətbiq etmək üçün lazım olan təlimatlarla təmin edir.