18 illik karyeradan sonra futbolçu həyatımla vidalaşıram - FERNANDO TORRES

  • By admin
  • 21 İyun 2019 10:52

İspaniyalı məşhur futbolçu Fernando Torres karyerasını başa vurub. Gununsesi.org xəbər verir ki, bu barədə o, özü sosial şəbəkə hesabında paylaşım edib: 

“18 illik karyeradan sonra futbolçu həyatımla vidalaşıram”.

 Qeyd edək ki,  Fernando Torres karyerası ərzində “Atletiko”, “Liverpul”, “Çelsi” kimi klublarda çıxış edib. Son komandası isə Yaponiya klubu “Şaqan Tosu” olub.

İspan hücumçu “Çelsi” ilə Çempionlar Liqası, Avropa Liqası və İngiltərə Kubokunu, “Atletiko” ilə Avropa Liqasını qazanan Fernando Torres İspaniya millisinin heyətində 1 dəfə dünya (2010), 2 dəfə isə (2008, 2012) Avropa çempionu olub.

 Gununsesi.org