18 mindən çox şəxs meymunçiçəyinə yoluxub

  • By admin
  • 27 İyul 2022 20:50

Dünya üzrə 18 mindən çox şəxs meymunçiçəyi virusuna yoluxub.

Gununsesi.info xəbər verir ki, bu barədə ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus məlumat verib.

O, təşkilatın Cenevrədəki mənzil-qərargahında keçirilən mətbuat konfransında meymunçiçəyi epidemiyası ilə bağlı son vəziyyəti açıqlayıb. Bildirilib ki, virus indiyə qədər 78 ölkədə aşkar edilib.

“Yoluxmanın 70 faizi Avropa bölgəsində, 25 faizi isə Amerika qitəsindədir”, – deyə ÜST rəhbəri qeyd edib.

Məlumata görə, xəstələrin 10 faizi xəstəxanaya yerləşdirilib.

Gununsesi.info