18 oktyabr iş günüdür? - RƏSMİ AÇIQLAMA

  • By admin
  • 15 Oktyabr 2021 14:12

“Müstəqillik Günü (28 may) qeyri-iş günü, Müstəqilliyin Bərpası Günü (18 oktyabr) isə iş günü olan bayram sayılacaq”.

Gununsesi.info xəbər verir ki, bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin mətbuat katibi Aynur Osmanqızı bildirib.

O xatırladıb ki, 28 May – Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü, 18 Oktyabr – Dövlət Müstəqilliyi Gününün isə adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilib.

“Həmin günlər hər il bayram kimi qeyd olunacaq”, – bildirib.

Gununsesi.info