18 yaşlı oğlan avtomobillə divar arasında sıxılaraq ölüb

  • By admin
  • 05 Dekabr 2016 09:45

meyit

Şirvanda 18 yaşlı gənc bədbəxt hadisə nəticəsində ölüb.

Gununsesi.info-nun APA-nın Mil-Muğan bürosuna istinadən məlumatına görə, Şirvan sakini, 1998-ci il təvəllüdlü Kazımov Fuad Tələt oğlu avtoyuma məntəqəsində avtomobillə divar arasında sıxılaraq xəsarət alıb.

Ağır vəziyyətdə Şirvan Şəhər Xəstəxanasında əməliyyat olunan gənc bu gün səhər saatlarında reanimasiya şöbəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info