18 yaşlı qız qazdan zəhərləndi

18 yaşlı qız qazdan zəhərləndi


Ağdamda 18 yaşlı qız qazdan zəhərlənib. APA-nın yerli müxbirinin xəbərinə görə, hadisə rayonun Alıbəyli kəndində baş verib. Kənd sakini Qasımzadə Nərmin Ərşad qızı vanna otağında olarkən qazdan zəhərlənib. N.Qasımzadə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info

COMMENTS