180 il əvvəl batan gəminin qalıqlarında çoxlu tarixi əsərlər tapıldı – FOTO

  • By admin
  • 29 Yanvar 2024 14:01

Kanadanın Arktika qurşağında batan 180 illik “HMS Erebus” gəmisinin qalıqlarında edilən son kəşfdə sualtı qrup mühüm əsərlər tapıb.

Gununsesi.info xəbər verir ki, “Parks Canada”nın sualtı qrupu gəminin qalıqları arasında qorunub saxlanılan bir sıra qiymətli əşyalar aşkar edib. Bu əşyalara silahlardan tutmuş möhürlənmiş dərman şüşələrinə qədər müxtəlif əşyalar daxildir.

Gəmi 1845-ci ildə Şimal-Qərb keçidini tapmaq üçün yola çıxan ekspedisiya zamanı yoxa çıxıb. Gəmi tapıldıqdan sonra ən son kəşf leytenant Henri Dunda Le Veskonta aid olduğu güman edilən kabinədə bərk termometr, dəri cildli kitab örtüyü və mis çarxlı balıqçı çubuğu kimi artefaktları üzə çıxarıb.

Bundan əlavə, kapitanın xidmətçisinin anbarı olduğu güman edilən ərazidə dəri ayaqqabılar, saxlama qabları və möhürlənmiş dərman şüşəsi aşkar edilib. Ekipajın sandığı içərisində tapançalar, dərman şüşələri və sikkələr tapılaraq tədqiqatçılara təhvil verilib. Bu kəşflər gəmidəki ekipajın yaşayış yerləri və tarixi əhəmiyyət kəsb edən detallar haqqında mühüm məlumatlar verir.

Lakin aşkar edilmiş artefaktlarla yanaşı, gəminin yuxarı göyərtəsinin hissələrinin çökdüyü və digər hissələrin təhlükəli şəkildə əyildiyi bildirilib. Araşdırmaya rəhbərlik edən Jonathan Moore bu vəziyyətin dalğıc missiyalarını çətinləşdirdiyini vurğulayıb. Araşdırmaların davam etdiyi bildirilərkən, hələlik insan qalıqlarına rast gəlinmədiyi qeyd edilib.

Gununsesi.info