
Ankarada Baş Prokurorluqda həyata keçirilən Fətullahçı Terror Təşkilatının dövlət çevrişinə cəhdiylə bağlı aparılan istintaq çərçivəsində nəzarətə alınan 43 TRT əməkdaşından 19 nəfəri həbs olunub.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Baş Prokurorluqda həyata keçirilən Fətullahçı Terror Təşkilatının dövlət çevrişinə cəhdiylə bağlı istintaqı çərçivəsində TRT-nin Baş Ofisində nəzarətə alınan 43 nəfər əməkdaşı polis idarəsindəki dindirilmənin ardından Ankara Məhkəməsinə gətiriliblər. Aralarında xəbər aparıcıları və müfəttişlərin də olduğu 43 nəfər şübhəlidən 4 nəfəri prokurorluqda dindirildikdən sonra həmən sərbəst buraxılıblar. Prokurorluqdakı əməliyyatların ardından dərhal sonra 24 nəfərin həbs olunması, 15 nəfərin isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılması qərarıyla Sülh Cəza Hakimliklərinə sövq edilblər. Sülh Cəza Hakimliyindən isə sözügedən şübhəlilərdən 19 nəfərinin həbs olunmasına, 20 nəfərinin isə məhkəmə nəzarətində olmaq şərtiylə sərbəst buraxılmasına qərar verilib.
Gülnaz Qənbərli
Gununsesi.info