19 yaşında molla tərəfindən qaçırılan qız canlı efirdə “Hamiləyəm” dedi- VİDEO

19 yaşında molla tərəfindən qaçırılan qız canlı efirdə “Hamiləyəm” dedi

Fatmanur Koçyiğitin valideynləri Türkiyədə Müge Anlının proqramına qatılaraq qızlarının itkin düşməsi ilə bağlı kömək istəyiblər.

Gununsesi.info xarici mediaya istinadən bildirir ki, 9 yaşlı Fatmanurun psixoloji təsir altına salınaraq evləndirildiyini iddia edən Koçyiğit cütlüyü (valideynləri) prezident Ərdoğandan kömək istəyiblər.

İzmirdə yaşayan Ercan-Ayşe ikilisi polisə müraciət edərək 19 yaşlı qızları Fatmanurun bioenerji mütəxəsisi olduğunu söyləyən Metin K. tərəfindən qorxudularaq qaçırıldığını bildiriblər. Qızlarından 14 gündür ki, xəbər ala bilməyən valideynləri Müge Anlının proqramına qatılıblar. Verilişin bu gün yayımlanan buraxılışında canlı yayıma zəng vuran Fatmanur öz istəyi ilə evləndiyini, 4 aylıq hamilə olduğunu deyib. O, daha sonra telefonu söndürüb.

Proqrama zəng vuran şəxslər Metin K.nın insanları cin-şeytanla qorxudaraq psixoloji təzyiq yaratdığını, Fatmanura etdiyini onlara da vaxtilə tətbiq etdiyini bildiriblər.

Ercan-Ayşe Koçyiğit cütlüyü isə “Bu şəxs 48 yaşındadır. Qızımızı qorxudaraq yanında saxlayır. Qızımız 1 həftə ondan ayrılsa, polisə, prokurora başqa ifadə verəcək, amma Metin K. bunu bildiyi üçün qızımızı qaçırır. Prezidentimiz bizə yardım etsin. Qızımız böyük təzyiq altındadır. Fatmanuru xilas etsin”-deyə yalvarıb.

 

Gununsesi.info

COMMENTS