19 yaşlı qız özünü körpüdən atdı

  • By admin
  • 31 Avqust 2023 09:34

Balakən rayonunda gənc qız intihara cəhd edib.

Gununsesi.info xəbər verir ki, rayonun Qazma kənd sakini, 2004-cü il təvəllüdlü A.Ş. özünü Balakən çayının Balakən şəhərindəki Bayraq dairəsi yaxınlığından keçən hissəsindəki körpüdən atıb.

O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info