19 yaşlı şəhidin diplomu ailəsinə təqdim olundu- Fotolar

  • By admin
  • 20 May 2021 20:50

Bu gün Emal Sənayesi üzrə  Bakı Peşə Təhsil Mərkəzinin şəhid məzunu İlkin Fərhad oğlu Məmmədovun diplomu valideynlərinə təqdim olunub.

“Gununsesi. info xəbər verir ki, şəhidimizin doğulub boya-başa çatdığı Biləsuvar şəhərində ata ocağında təşkil olunan təqdimat mərasimində təhsil mərkəzinin və rayon içctimaiyyətinin nümayəndələri iştirak edib.

Qeyd edək ki, Vətən Müharibəsinin ən gənc, ailənin tək oğul qəhrəmanı İlkinin 19 yaşı yeni tamam olub.

O, 27 mart 2002-ci ildə Biləsuvar rayonunda anadan olub. Təhsilini bitirdikdən sonra hərbi xidmətə yollanıb.

İ.Məmmədov Vətən Müharibəsində minaatan batareyanın tərkibində baş tuşlayıcı olub. Xocavənd uğrunda çətin döyüş tapşırığını yerinə yetirərkən ağır mərmi yaraları alıb.

Davamlı müalicələrə və həkimlərin səylərinə baxmayaraq, İ.Məmmədov 6 noyabr 2020-ci ildə vəfat edib, Bəydili kənd qəbiristanlığında dəfn olunub.

Şəhidimiz “Vətən uğrunda” medalı ilə təltif edilib.

Gununsesi. info