192 nəfəri daşıyan təyyarədə BOMBA HƏYƏCANI

  • By admin
  • 22 Yanvar 2023 20:49

Polşadan havaya qalxan sərnişin təyyarəsinin ekipajı hava gəmisində bomba olması barədə məlumat alıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Yunanıstanın EPT-1 telekanalı məlumat yayıb.

Bildirilir ki, İrlandiyanın “Ryanair” aviaşirkətinə məxsus təyyarə Yunanıstan ordusuna məxsus F-16 qırıcılarının müşayiəti ilə Afina Beynəlxalq Hava Limanına uçur.

Təyyarənin enişdən sonra dayanacağı xüsusi zona hazırlanıb. Əraziyə xüsusi təyinatlı polis göndərilib. Təyyarənin göyərtəsində 192 nəfər var.

Gununsesi.info