1942-ci ildə batmış ABŞ HDQ-nin təyyarə gəmisi aşkarlanıb

  • By admin
  • 07 Mart 2018 09:30

Avstraliya sahillərində 1942-ci ildə batmış ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Leksington” təyyarə gəmisi aşkarlanıb.

Gununsesi.info xəbər verir ki, gəminin qalıqlarını “Microsoft” korporasiyasının həmtəsisçisi Pol Allen tərəfindən maliyyələşdirilən axtarış ekspedisiyası aşkar edib.

Təyyarə gəmisinin qalıqları 75 ildən artıq müddət ərzində Avstraliya sahillərindən 900 kilometr aralıda və 3 min metr dərinlikdə olub.

“Leksington”un qalıqları martın 4-ü aşkar edilib, lakin bu barədə yalnız indi məlumat verilib.

Qeyd edək ki, “Leksington” təyyarə gəmisi 1942-ci il 8 may tarixində Mərcan dənizində gedən döyüşlər zamanı batıb. “Leksington”un göyərtəsində 3 minə yaxın heyət üzvü olub, onlardan 200-ü həlak olub.

Gununsesi.info