1967-ci ilin “Novruz”u və ya ŞIXƏLİ QURBANOVUN MÜƏMMALI ÖLÜMÜ, VƏLİ AXUNDOVUN UNUDULAN XİDMƏTİ

  • By admin
  • 19 Mart 2017 19:50

shixeli-qurbanov

Sovetlərin kəshakəs dövründə,  kommunistlərin (rusların) dini bayram adı altında yasaqladığı Novruz ( Bahar) bayramının 1967-ci ildə Azərbaycanda rəsmi-dövlət səviyyəsində qeyd olunmasında  tanınmış yazıçı, görkəmli partiya-dövlət xadimi mərhum Şıxəli Qurbanovun əməyi, zəhməti, cəsarəti, xidməti müstəsna və danılmazdır…O, həmin vaxt-1967-ci ilin martında Azərbaycan KP MK-nın katbi (ideoloji məsələlər üzrə) kimi çoxlarının risq etməyə cəsarəti çatmadığı bir işi gördü- Novruz (Bahar) bayramının dövlət səviyyəsində qeyd olunmasına- gerçəkləşdirilməsinə nail oldu. Bu, hər Kişinin edə biləcəyi bir iş deyildi, amma Şıxəli Qurbanov onu gözləyən təhlükələr və risqlərdən çəkinməyərək, belə bir addıma getdi, imza atdı…

1967

1967=1

sixali

Amma ədalət və insaf naminə qeyd etmək lazımdır ki, həmin vaxt “Novruz”un rəsmi-dövlət səviyyəsində keçirilməsində, qeyd olunmasında, buna icazə verilməsində akademik, Azərbaycanın- Azərbaycan kommunistlərinin keçmiş rəhbəri (1959-69-cu illərdə), Azərbaycan KP MK-nın sabiq birinci katibi, mərhum Vəli Axundovun da xidməti-əməyi az olmayıb…Onun da zəhməti, xidməti undulmamalı, xatırlanmalıdır…

vali axundov


Mərhum Şıxəli Qurbanovun da sonradan, elə həmin ilin-1967-ilin may ayının 24-də müəmmalı şəkildə dünyasını dəyişməsinin ( dişlərini müalicə etdirərkən, dişinin dibinə iynə vurulması və bunun da nəticəsində həyatı itirməsinin) rəhmətlik Vəli Axundovla heç bir əlaqəsi və bağlılığı yoxdur…

Düzdür, uzun illərdir- haradasa yarım əsrdir bu haqda ən müxtəlif versiyalar səslənsə də, “sirr pərdəsi” aradan qalxmasa da, ancaq bunun Vəli Axundovla əlaqələndirilməsi inandırıcı görünmür… Çünki əgər Vəli Axundov bu məsələdə-Şıxəli Qurbanovun aradan götürülməsində həqiqətən maraqlı olsaydı, onu KP MK-nın ən nüfuzlu katibi vəzifəsində saxlamaz, onunla işləməz, Novruz (Bahar) bayramının da keçirilməsinin qarşısını alar, buna icazə verməzdi…

Birinci katib kimi, bütün səlahiyyət də onun əlindəydi, istədiyini etməkdə də kimsə ona mane ola bilməzdi…Deməli, illərdir kimlərsə tərəfindən məqsədli şəkildə dövriyyəyə buraxılan məlum versiyanın heç bir əsası yoxdur…

Bu qənaətə həm də Vəli müəllimin qardaşı- tanınmış ziyalı, professor, rəhmətlik Nazim müəllimlə (2001-ci ildə ondan geniş müsahibə almışdım “525” üçün-Vəli müəllim haqda), o cümlədən, İstiqlal mücahidimiz, məşhur “43-lər”in nümayəndəsi olan tanınmış partiya-sovet işçisi, görkəmli dövlət xadimi, eks millət vəkili, mərhum Tofiq Bağırovla (ondan da geniş müsahibə almışdım “525” üçün-elə 2001-ci ildə) söhbətdən sonra gəldim, gəlmişdim…

Çünki özü ziyalı, alim olan, həm də hakimiyyəti dövründə məşhur 60-ci illər nəslini, Azərbaycan dissidentlərini “KQB”-dən, həbsxanlara atılmaqdan qoruyan, İstiqlal şairimiz və mücahidimiz Bəxtiyar Vahabzadəyə arxa çıxan, İsmayıl Şıxlı kimi bir Şəxsiyyətlə dostluq edən Vəli Axundovun bu müəmmalı ölümdə heç bir rolu, iştirakı, əli ola bilməz(di)…

Allah Şıxəli müəllimə də, Vəli müəllimə də rəhmət etsin, ruhları şad olsun.

Amin!

kamil-hemzeoqlu

Kamil HƏMZƏOĞLU

Gununsesi.info