Türkiyə ilə Misir arasında münasibətlərin normallaşması üçün addımlar atılırkən Qahirə rəhbərliyi də İranla normallaşma müqaviləsi imzalayıb. 1979-cu ildən böhran yaşayan iki ölkə bürokratiyada barışmaq üçün masa arxasına oturub.
Gununsesi.info xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan misirli həmkarı Samih Şükri ilə Tehran-Qahirə əlaqələrinin normallaşması üçün lazımi addımların atılmasında razılaşdıqlarını bəyan edib.
İran dövlət televiziyasının xəbərinə görə, İsveçrənin Cenevrə şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları Şurasının 55-ci Sessiyasına qatılan Abdullahiyan Misirin xarici işlər naziri Şükri ilə görüş kənarında görüşüb.
Görüşlə bağlı məlumat verən Abdullahiyan bildirib ki, misirli həmkarı ilə “İranın Qəzzaya göndərdiyi yardımların çatdırılması, Qəzzada humanitar məsələlərə xüsusi diqqət yetirilməsi, mövcud müharibənin siyasi həlli ilə bağlı mühüm müzakirələr aparılıb.
İran və Misir arasında diplomatik əlaqələr 1979-cu ildə Qahirənin İranın devrilmiş şahı Məhəmməd Rza Pəhləviyə sığınacaq verməsindən və İsraillə Kemp Devid sülh müqaviləsini imzaladıqdan sonra kəsilib.
O vaxtdan bəri iki ölkə arasında münasibətlər ümumiyyətlə aşağı səviyyədə qalıb. İki ölkə arasında 11 ildən sonra prezidentlər səviyyəsində keçirilən ilk görüşdə İran prezidenti İbrahim Rəisi və misirli həmkarı Əbdülfəttah əs-Sisi 2023-cü il noyabrın 11-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda görüşüblər.
Gununsesi.info