
ABŞ Azərbaycan arasında yaşanan son gərginlik ölkə mediasının əsas gündəminə çevrilib.
Milli Məclisin bu gün keçirilən iclasında da hökumət deputatları ABŞ əleyhinə tənqidlər səsləndirib.
ABŞ-ın Azərbaycandakı səfiriliyinin mətbuat katibi Vanessa Zenji Gununsesi.info-nun sorğusuna cavab olaraq, iki ölkə arasındakı münasibətlərınin tarixi köklərinin olduğunu deyib:
“1992-ci ildə ölkələrimiz diplomatik əlaqələr qurandan bəri Birləşmiş Ştatlar və Azərbaycan qarşılıqlı maraq doğuran geniş spektrli məsələlərdə şəffaf şəkildə birgə işləyirlər. Bura bizim insanlar arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində birgə gördüyümüz işlər daxildir”.
Gununsesi.info