
Gənc fəal Bəxtiyar Hacıyev paytaxt küçələrində YPX avtomobillərinin çoxluğu və sürücülərə kütləvi cərimə yazmalarına dair qarşılaşdığı bir faktı özünün sosial şəbəkədəki səhifəsində paylaşıb. Gununsesi.info gənc fəalın fikirlərini təqdim edir:
Nizami metrosundan İçərişəhər metrosuna qədər (cəmi 2.5 km, 9 dəqiqəlik yolda):
9 YPX avtomobili, 16 YPX əməkdaşı, 4 YPX motosikleti saydım. 4 YPX avtomobili və 2 YPX motosikletindəki əməkdaşlar, 1 piyada YPX əməkdaşı cərimə yazmaqla məşğul idi. Fövqəlada vəziyyət elan edilib sanki. Sağ olsunlar, insanları həftə sonu çox istirahət edib, rahatlaşmağa qoymurlar. Prezidentə DYP-dən yazdığımız şikayəti də DYP-yə göndəriblər ki, araşdırsınlar. “Sənə yar, səndən yar, şikayətim var” misalı..”