“2” alan şagirdlər sinfdə qalacaq - Təhsil Nazirliyi

  • By admin
  • 08 May 2020 15:35

Təhsil Nazirliyi xüsusi karantin dövründə orta təhsil müəssisələrində şagirdlərin qiymətləndirilməsi ilə bağlı detalları açıqlayıb.

Gununsesi.org xəbər verir ki, I-VIII və X (xüsusi təhsil müəssisələrində XI) sinif şagirdləri təhsil aldıqları sinifdən yuxarı sinfə tədris olunan bütün fənlərdən illik qiymətləri müsbət (“3”, “4”, və ya “5”) olduğu halda keçirilirlər.

2019-2020-ci dərs ilinin I yarımilində biliyi qiymətləndirilməyən və ya bəzi fənlərdən “2” qiymət alan şagirdlər üçün növbəti tədris ilinin başlanması ərəfəsində təhsil müəssisəsi tərəfindən təkrar qiymətləndirmə təşkil ediləcək.

 

 

Gununsesi.org