16-18-ci əsrlər arasında 2 milyon dənizçinin ölümünə səbəb olan sinqa xəstəliyi geri qayıdır.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Sinqa xəstəliyi əvvəlki kimi yüksək olmasa da, uzun səyahətlər zamanı dənizçiləri narahat edən C vitamini çatışmazlığı hələ də mövcuddur.
Yeni bir araşdırmaya əsasən, yaşayış böhranının bahalaşmasının qidalanmaya təsirinə və arıqlama əməliyyatlarının artmasına işarə edir.
Alimlər xəstəliyin dünyanın ən az gözlənilən bölgələrində belə daha çox yayıla biləcəyi barədə xəbərdarlıq ediblər.
C vitamini çatışmazlığından yaranan sinqa xəstəliyi Qərbdə, sənayeləşmiş ölkələrdə son illərə qədər nadir rastlanan xəstəlik idi.
Bunun əsas səbəbi, yüz illər əvvəl açıq sularda uzun müddət qalan dənizçilərə nisbətən yaxşı qidalara və təzə meyvə və tərəvəzlərə çatmağın daha asan olmasıdır.
Bununla belə, yeni araşdırmalar göstərir ki, yaşayış xərclərinin yüksək olması “dənizçi xəstəliyi” kimi də tanınan sinqa xəstəliyinin sayının artmasına səbəb olur.
51 yaşlı avstraliyalı kişinin xəstəxanaya yerləşdirilməsindən sonra xəstəlik yenidən gündəmə gəlib.
Anemiya əlamətləri göstərən şəxsin sidiyində qan aşkar edilib, lakin otoimmün xəstəlik, qan xəstəliyi və ya daxili qanaxma əlamətləri aşkar edilməyib.
Orxan Saffari