2 nəfər birlikdə 2 ilin büdcə gəlirlərindən çox vəsait oğurlayıb - QUBAD İBADOĞLU NAXÇIVAN GÖMRÜYÜNDƏKİ KORRUPSİYADAN YAZIR

  • By admin
  • 28 Noyabr 2022 20:07

Naxçıvan Muxtar Respublikasının (MR) 2021-ci ildə dotasiyadan kənar büdcəsi 145 milyon 38 min manat icra edilib. Naxçıvan MR-in maliyyə naziri Rafael Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə və 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham olunur. Əgər orda 1 nazir 1 büdcə qədər oğurluqda ittiham olunursa görün, Naxçıvan MR-in ləğv olunmuş gömrük qurumun şöbə rəisi Mənsur Əsgərov da 132 milyon manatı mənimsəməkdə ittiham olunub”.

Gununsesi.info-nun  xəbərinə görə, bunu tanınmış iqtisadçı, ADR Partiyasının sədri Qubad İbadoğlu deyib.

HTML tutorial

Onun sözlərinə görə, beləliklə 2 nəfər birlikdə 2 ilin büdcə gəlirlərindən çox vəsait oğurlayıblar:

“Əgər bu qədər oğurluq imkanı vardısa onda nədən Naxçıvana Azərbaycan dövlət büdcəsindən dotasiya verilirdi, elə oğurlanmış pulları büdcəyə yönəltsəydilər, büdcə dolub daşardı.

İndi baxın görün, bu hesabla 27 il Naxçıvana rəhbərlik edən Vasif Taıbovun nə qədər kapitalı var?

Afət Abbasova

Gununsesi.info