2 nəfər dəm qazından boğularaq ölüb

  • By ilhame
  • 27 Yanvar 2024 10:59

Şirvan şəhərində iki nəfər dəm qazından boğulub.

 

Gununsesi.info xəbər verir ki, dünən şəhərin Hacıqəhrəmanlı qəsəbə sakini, 1966-cı il təvəllüdlü Çingiz Əsədov hamam otağında dəm qazından zəhərlənərək vəfat edib.

 

Oxşar hadisə ötən gün şəhərin M.Əsədov küçəsində də baş verib. 1954-cü il təvəllüdlü Şölə Abıyeva evinin hamam otağında olarkən su qızdırıcısından sızan qaz səbəbindən zəhərlənərək dünyasını dəyişib.

 

Hər iki faktla bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılır.

Gununsesi.info