2 nəfər dəm qazından öldü

  • By admin
  • 09 Noyabr 2016 19:56

edf844787dff805a1d919e5b6dd4abcc0bf890ce_900

 

Ağsu rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Gununsesi.info Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Qəşəd kəndində yaşayan Oqtay Abdulhüseynov dəm qazından boğularaq ölüb.

Oxşar hadisə Ağstafa rayonunun Dağkəsəmən kəndində də baş verib. Bu kənddə yaşayan Farma Yusifova evində dəm qazından zəhərlənərək ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info