2 nəfər qanunsuz odlu silahları polisə təhvil verib

  • By admin
  • 27 May 2017 12:02

ov tufengi

Ağcabədi və Nardaran sakiniləri müvafiq sənədi olmayan və nömrəsi silinmiş ov tüfəngini könüllü olaraq təhvil veriblər. 

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ağcabədi şəhər sakini Amil Məmmədov müvafiq sənədi olmayan və nömrəsi silinmiş “TOZ-16” markalı ov tüfəngini könüllü olaraq RPŞ-yə təhvil verib.

Bundan başqa aparılan profilaktiki tədbirlər nəticəsində Sabunçu rayonunun Nardaran qəsəbə sakini Nazim Alxasov müvafiq sənədi olmayan “İJ-16” markalı ov tüfəngini könüllü olaraq 42-ci PB-yə təhvil verib.

Anar

Gununsesi.info