
Cəlilabadda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. Gununsesi.info xəbər verir ki, Cəlilabadda 2 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib. Hadisə rayonun Dövlətalıbəyli kəndində qeydə alınıb. Rayonun Tahirli kənd sakini Telman Ağayev idarə etdiyi”Lada Kalina” markalı avtomobillə hərəkətdə olarkən qarşıdan gələn rayonun Kövüzbulaq kənd sakini , Həbulla İbrahimovun sükanı arxasında olduğu “Vaz-2107” markalı avtomobillə toqquşub. Qəza nəticəsində hər iki avtomobilin sürücüsü hadisə yerindəcə dünyasını dəyişb. Sərnişinlər Xatirə İbrahimova, onun azyaşlı övladı Feyruz İbrahimov isə müxtəlif dərəcəli bədən xasarətləri alıb. Yaralılar dərhal Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırlıb. Xəstəxanada ilk yardım göstərildikdən sonra yaralıların vəziyyəti ağır olduğundan onlar Bakıya göndərilib.
Qəzaya yüksək sürətin səbəb olduğu ehtimal edilir.
Faktla bağlı Cəlilabad rayon Polis şöbəsində cinayət işi başlanılıb, araşdırma apaırlır.