2 piyada yol qəzasının qurbanı oldu

  • Müəllif: admin
  • 09 İyun 2018 13:39

2 piyada yol qəzasının qurbanı oldu

Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən xəbərə görə, iyunun 8-də saat 15 radələrində Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi ərazisində Bakı şəhər sakini Qurban Məhərrəmov idarə etdiyi “TOFAŞ” markalı avtomobillə yolu keçən paytaxt sakini Emiliya Cəbrayılovanı vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Eyni zamanda Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Nəriman Məmmədov vurulub və nəticədə piyada hadisə yerində ölüb. Faktlarla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.