2 piyadanı vurub qaçan şəxs saxlanıldı

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. 

Gununsesi.org xəbər verir ki, qəza avqustun 24-də qeydə alınıb.

 Gəncə şəhər sakinləri olan 2 nəfərin xəsarət almaları ilə nəticələnən qəzanı törədərək oradan uzaqlaşan “Mercedes” markalı avtomobilin sürücüsü, Göygöl rayon sakini S.Məmmədov saxlanılıb.

Gununsesi.org