2 şəhər və 8 rayonda repetitorluq fəaliyyəti dayandırılır

  • By admin
  • 06 Noyabr 2020 16:50

2 şəhər və 8 rayonda repetitorluq və hazırlıq kurslarının fəaliyyəti dayandırılır.

Gununsesi.info-nun məlumatına görə, bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarına dəyişiklikdə əksini tapıb. 

Qərara əsasən 2020-ci il 07 noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə Şəki, Lənkəran şəhərlərinin, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarının inzibati ərazisində repetitorluq və hazırlıq kurslarının fəaliyyəti dayandırılır.

 

 

Gununsesi.info