2 türk ölkəsi sərhəd protokolunu İMZALADI

  • By admin
  • 27 Sentyabr 2022 10:23

Qırğızıstan və Özbəkistan arasında sərhəd dəyişikliyi ilə bağlı birgə protokol imzalanıb.

Gununsesi.info xəbər verir ki, Qırğızıstan hökumətinin mətbuat mərkəzi tərəfindən edilən şərhdə iki ölkə arasındakı sərhəd qərarı paytaxt Bişkekdə verilib.

Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin sədri və Nazirlər Kabinetinin vitse-prezidenti Kamçıbek Tasiyev və Özbəkistanın baş naziri Abdullo Aripov sərhədin müəyyənləşdirilməsi ilə bağlı birgə protokolu imzalayıblar.

Protokolda Qırğızıstan-Özbəkistan dövlət sərhədinin bəlli hissələri ilə bağlı yeni prosedurun başlanması qeyd edilib.

Xatırladaq ki, Qırğızıstan və Özbəkistan arasında 1379 kilometrlik hissəsi ilə əlaqədar 2021-ci ilin 23-25 ​​mart tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə aparılan sərhəd müzakirələrində problemin qarşılıqlı ərazi dəyişməsi yolu ilə həll olunması bildirilib.