
ABŞ-da il yarım evli olan müəllimə 13 yaşındakı oğlan şagirdinə təcavüz ittihamı ilə məhkəmədə mühakimə olunub.
Gununsesi.info-nun “Milliyet”ə istinadən verdiyi məlumata görə, ABŞ-ın Missouri əyalətində müəllimə kimi fəaliyyət göstərən 37 yaşlı Amanda Schweitzer 13 yaşlı oğlan şagirdinə təcavüz ittihamı ilə məhkəmə önünə çıxarılıb.
Qeyd edək ki, məhkəmə istintaqı zamanı təxminən, 17 ay öncə ailə həyatı quran və 2 uşaq anası olan Amanda Schweitzerin 13-14 yaşlarında olan 3 oğlan şagirdinə çılpaq fotoşəkillərini göndərdiyi, həmçinin onun, adlı gizli saxlanılan sadəcə C.A. kimi təqdim olunan şagirdi ilə cinsi əlaqəyə girdiyi məlum olub.
Araşdırmalar zamanı məhz bu cür baş verdiyi bildirilir. Beləliklə, gənc qadın şagirdini avtomobillə Joplin şəhərində özünə aid böyük bir evə aparıb. Polisdən verilən açıqlamaya görə, müəllim və şagirdi 3 yataq otağı olan evdəki otaqlarından birinə giriblər. Amanda Schweitzer ilk öncə özünün paltarını çıxarıb, daha sonra isə şagirdini soyundurub və cinsi əlaqəyə giriblər.
Nəzərinizə çatdıraq ki, Amandanın şagirdinin yetkinlik yaşına çatmaması səbəbindən baş vermiş hadisə məhkəmə tərəfindən zorlama kimi qiymətləndirilib. Beləliklə də məhkəmənin qərarı ilə Amanda 2010-cu ildən çalışdığı orta məktəbdən uzaqlaşdırılıb. Eyni zamanda, müəlliməyə cinsi münasibətdə olduğu şagird və onun valideynləri ilə ünsiyyət qurmaq qadağan edilib.
Gununsesi.info