2 uşaq müəmmalı xəstəlikdən öldü

  • By admin
  • 06 Avqust 2022 12:22

İspaniyada iki uşaq müəmmalı xəstəlikdən ölüb.

Gununsesi.info xəbər verir ki, ilk dəfə olaraq dünyaya yayılmağa başlayan və mənşəyi məlum olmayan hepatit virusu ispan həkimləri və tibb mütəxəssislərini qorxuya salıb.

Bildirilir ki, ölümə səbəb qaraciyərin iltihabı olsa da, virusun mənşəyi tibb aləmi üçün “ismi-pünhan” olaraq qalmaqdadır.

Onun nə dərəcədə təhlükəli olub-olmaması araşdırılır.

İspaniya Səhiyyə Nazirliyi isə ölkədə mənşəyi məlum olmayan hepatitə daha 46 uşağın yoluxduğunu açıqlayıb.

Gununsesi.info