2 yaşlı körpə evin kandarında SOYUQDAN DONARAQ ÖLÜB

  • By admin
  • 07 Fevral 2018 10:55

2 yaşlı körpə evin kandarında soyuqdan donaraq ölüb. Hadisə Ohayo ştatının Akrona şəhərində baş verib.

Gununsesi.info usa.one-yə istinadən xəbər verir ki, şaxtalı havada evdən çıxan 2 yaşlı qız usağı evin kandarında oynayıb və o soyuqdan donub. Hadisə yerinə həkimlər çağrılsa da bunun nəticəsi olmayıb, 2 yaşlı qız usağı xəstəxanada dünyasını dəyişib.

Ana polisə verdiyi ifadəsində deyib ki, 2 yaşlı qızı Uinter Parkeri atasının yanında qoyub və özü isə 4 yaşlı oğlu ilə gedib. Polis isə bildirib ki, axşam növbəsindən evə dönən atanı yuxu tutub, qız isə papaqsız, əlcəksiz və paltosuz həyətə oynamağa çıxıb və orada soyuqdan donub.

Gununsesi.info