2 yaşlı uşaq silahla oynayarkən anasını güllələdi

  • By Günel
  • 12 Dekabr 2024 19:06

ABŞ-də 2 yaşlı uşaq oynadığı silahın işə düşməsindən sonra 22 yaşlı anasının ölümünə səbəb olub.

Gununsesi.info xarici KİV- ə istinadən xəbər verir ki, ABŞ-nin Kaliforniya ştatında yaşayan iki uşaq anası Jessinya Mina 2 yaşlı övladının silahla oynayarkən, silahın partlaması nəticəsində vurularaq dünyasını dəyişib.

Polis tərəfindən verilən açıqlamada silahın Minanın 18 yaşlı sevgilisi Endryu Sançesə məxsus olduğu bildirilib. Silah uşağın əlçatan bir yerə qoyulduğu üçün Sançesin günahkar olunduğu qeyd edilib.

Sançes polislər tərəfindən həbs edilib.

Günel Həsənova

Gununsesi.info