20-ci mərtəbədən yıxılan qız sağ qaldı

  • By admin
  • 16 Fevral 2024 16:47

Yekaterinburqda binanın 20-ci mərtəbəsində yerləşən eyvandan yıxılan qız sağ qalıb. O, hazırda reanimasiyadadır.

Gununsesi.info axar.az-a istinadən bildirir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyi məlumat yayıb.

“Xəstəyə lazımi tibbi yardım göstərilir. Əməliyyat olunub, reanimasiyadadır. Vəziyyəti ağırdır”, – məlumatda deyilir.

Qeyd edək ki, hadisə fevralın 14-də günorta saatlarında Tokarey küçəsində baş verib.

Gununsesi.info