20 dollara aldıqları divanın içindən sərvət çıxdı -SAHİBİNƏ QAYTARDILAR

  • By admin
  • 16 Noyabr 2016 09:56

divan1

 Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Nyu-Yorkda üç tələbə 20 dollara ikinci əl divan alıb. Divanın içindəkini görən gənclər gözlərinə inanmayıblar. Belə ki, Ris, Kalli və Lara Nyu-Yorkda eyni otağı paylaşırlar. Yenisi baha olduğuna görə, onlar otaqlarına ikinci əl divan alıblar. Bunun üçün sadəcə 20 dollar ödəyən tələbələr gecə film izlədikləri zaman divanın dirsək qoyulan hissəsində onların diqqətini bir şey çəkib. Həmin hissəyə baxdıqda əvvəlcə oradan zərfin içərisində 700 dollar tapıblar. Divanın daha dərinliklərini incələyən gənclər oradan 41 min dollara qədər pul çıxarıblar. Üç tələbə həmin pulun hekayəsini də öyrənib. Belə ki, bu pulu bir ailə qızının gələcəyi üçün yığıbmış. Ata dünyasını dəyişdikdən sonra ana pul yığdıqlarını unudub və divanı satıb. Həmin puldan qızlarının xəbəri yox imiş. Tələbələr tapdıqları sərvəti sahibinə qaytarıblar. Bu dürüst hərəkətin qarşısında ailə onların hər üçünə min dollar bağışlayıb.

divan

Nigar Cəfərli

Gununsesi.info