Ağdam rayonunda qəzalı vəziyyətdə olan müxtəlif sosial təyinatlı binalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələr üçün evlərin tikintisinə başlanılıb. Tikinti işləri Prezident İlham Əliyevin Ağdam rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında 2016-cı il 7 dekabr tarixli Sərəncamına əsasən aparılır.
Gununsesi.info AzərTac-a istinadən xəbər verir ki, sərəncama əsasən rayonun 8 yaşayış məntəqəsində 20 ev tikiləcək. Evlərin 2-si iki, 17-si üç, 1-i isə dördotaqlıdır. Artıq evlərin bünövrəsinin qazılmasına başlanılıb. Tikinti işlərinin bir neçə ay ərzində başa çatdırılması nəzərdə tutulur.
Gununsesi.info