20 günə xərçəngdən qurtaran ot

  • By admin
  • 24 Oktyabr 2016 13:41

ot

Türkiyənin Manisa vilayətində yığdığı otlarla insanları sağaldan Lütf Acet adlı qoca  kişi  xərçəngi müalicə edir.

Gununsesi.info türk mətbuatına istinadən xəbər verir ki,  bu bitkinin sayəsində xərçəngi 20 gündə müalicə edir.  Özünün də bu xəstəliyə düçür olduğunu,  ölüm ayağında bu bitki sayəsində sağlamlığına qovuşduğunu deyən  Acet bildirib ki, 30 ildir bu bitki sayəsində insanlara şəfa verir.

“Xərçəng otu” adlı otu  20 gün müntəzəm istifadənin sonra, xərçəngin orqanizmdən atılacağını deyən Acet:  “İl ərzində bahar aylarında və avqustda  xərçəng otunun toplamaq  lazımdır. Lakin bitkinin toplanması prosesinin avqust ayından sonra toplamaq olmaz. Bu bitki müəyyən yüksəkliyə malik dağlıq bölgələrdə yetişir. 1987-ci ildən bu yana, mən bu otun sayəsində  xərçəng xəstələrinin sağalmasını təmin edirəm. Bunu da yalnız Allah rizası üçün edirəm. Xəstələrdən hər hansı bir ödəniş qəbul etmirəm”-,  deyib.

Bu bitkini qəbul edən xəstələr 20 gün sonra xərçəng xəstəliyindən tamamilə müalicə olunurlar: “Xərçəng xəstəsi 20 gün bu otdan istifadə edərsə, heç nəyi qalmaz. Bütün xərçəng növləri üçün etibarlıdır. Son vaxtlar bu otun istifadəsinə qarşı  çox gərgin tələb var. Topladığımız otları, sadəcə, bizə gələn xəstələrə veririk. Artıq vəziyyəti daha ağır olanlara bu otdan təcili çatdırmaq niyyətindəyik”-, deyən loğman qeyd edib ki, 6 il xərçəngdən əziyyət çəkən xəstəni xilas edib: “həmin xəstə mən idim.  6 il boğaz xərçəngindən əziyyət çəkmişəm. Professorlar heç bir şəkildə müalicə olmayacağımı, öləcəyimi dedilər…. Qara-qara düşünərkən təsadüfən “Xərçəng otu” qarşıma çıxdı. Qaynadıb içdim, 30 gün ərzində. Sonra müyinəyə gedəndə həkimlər heç bir əlamətin olmadığını dedilər. Necə bir duyğu olduğunu çox yaxşı bildiyimdən xərçəngdən dərdli adamlara kömək etmək istəyirəm. Mən necə şəfaya nail olmuşamsa, onların da qovuşmasını istəyirəm”-, deyən loğman indiyədək insanlara təmənnasız xidmət göstərir.

Gülnaz Qənbərli

Gununsesi.info