Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bir cütlüyün 20 illik övlad həsrəti sona çatsa da, bu körpə onlara xoşbəxtlik gətirməyib. Belə ki, 60 yaşında ana olan qadının 68 yaşlı əri uşağın ağlamasına dözməyərək evi tərk edib.
Tragikomik ayrılıq Serbiyada baş verib. 20 ildən sonra süni mayalanma vasitəsilə hamilə qalan qadına əri 9 ay ərzində tam dayaq olub. Körpə dünyaya gəldikdən sonra isə 68 yaşlı ata başını götürüb gedib. Buna səbəb kiçik qızın dayanmadan ağlaması olub.
60 yaşlı ana isə qızını dövlətdən aldığı təqaüdlə tək böyüdəcəyini bildirib.
Gununsesi.info