20 ildir axtarışda olan mafioz “Google Maps”la yaxalandı

  • By admin
  • 07 Yanvar 2022 13:50

İtaliya polisi “Google Maps” proqramının köməyi sayəsində 20 ilə yaxın axtarışda olan mafiozu yaxalayıb.

Gununsesi.info  xəbər verir ki, bu barədə yerli müstəntiq “Reuters”ə bildirib.

İki illik araşdırmadan sonra 61 yaşlı Qioaççino Qammino saxta adla yaşadığı İspaniyanın paytaxtı Madridin yaxınlığında yerləşən Qalapaqar şəhərində tapılıb.

Meyvə dükanının qarşısında ona bənzəyən bir adamı təsvir edən “Google Maps” küçə görünüşü şəkli daha dərin araşdırmaya səbəb olub.

“Fotoqram bizə ənənəvi üsullarla hazırladığımız araşdırmanı təsdiqləməyə kömək etdi”, – İtaliyanın mafiya əleyhinə polis bölməsinin (DİA) direktor müavini Nikola Altiero deyib.

Stidda ləqəbli Siciliya mafiya qrupunun üzvü olan Qammino 2002-ci ildə Romanın Rebibbia həbsxanasından qaçıb, 2003-cü ildə isə bir neçə il əvvəl törətdiyi qətlə görə ömürlük həbs cəzasına məhkum edilib.

Altiero bildirib ki, Qammino hazırda İspaniyada həbsdədir və fevralın sonuna qədər onu İtaliyaya qaytarmağa ümid edirlər.

Gununsesi.info