20 illik Əfqanıstan müharibəsinin acı rəqəmləri açıqlandı

Avqustun 31-də ABŞ hərbçilərinin Kabil hava limanını tərk etməsilə başa çatacaq 20 illik Əfqanıstan müharibəsinin insan itkiləri açıqlanıb.

Gununsesi.info “Associated Press”-ə istinadən xəbər verir ki, savaşda bugünədək bütün tərəflərdən 172 mindən çox şəxs həyatını itirib.

HTML tutorial

Bunlardan 2448 nəfəri ABŞ hərbçiləri, 3846 nəfəri ABŞ üçün çalışan əfqan səlahiyyətliləridir.

Həmçinin, hərbi əməliyyatların gedişində 47 245 yerli mülki şəxs, 66 minə yaxın Əfqanıstan ordusu qüvvələri, 51 191 nəfər “Taliban” və digər qruplaşmaların üzvləri, 1 144 NATO əsgəri və 72 jurnalist həlak olub.