” “20 yanvar” şəhidlərinə məzar qazan, onları çiynində daşıyan şəxs olmuşam “ - SƏMƏD SEYİDOV

  • By admin
  • 01 Noyabr 2019 10:22

“20 Yanvar” qətliamının ideya müəlliflərindən biri olan Yevgeni Primakovun Bakıda sərgisi böyük narazılığa səbəb olub. Bu arada Milli Məclis üzvləri Səməd Seyidovun və digər deputatların da həmin sərgiyə qatılması barədə iddialar yer alıb.

Sosial şəbəkələrdə hədəfə çevrilən Səməd Seyidov Gununsesi.org-a açıqlamasında həmin tədbirddə olmadığını deyib:

“Mən “20 Yanvar” Şəhidlərini çiynimdə daşıyan şəxslərdən biri, qardaşını ermənilər qətlə yetirən bir insan kimi, bu yalanı lənətliyirəm. Bu dərəcədə yalan mənim ağlıma sığa bilməzdi. Mən orda olmamışam. Heç xəbərim yoxdur bu tədbirdən, şəkli də montaj ediblər. Sahibə xanım ümimiyətlə, bundan xəbərsizdir. O, hazırda Brusseldədir, heç Azərbaycanda yoxdur. Sevinc xanım da orda olmayıb. Bu dərəcədə yalanları yaymaqla nəyi məqsəd qoyublar. Şəhidlər Xiyabanında o qəbirləri qazan şəxsi, öz tələbəm Ülvi Bünyadzadəni çiynində ora aparan şəxs olaraq, mənə çox ağır gəldi. Belə şeylər təəssüflər olsun ki yalnız və yalnız düşmənlərimizə xidmət edir”. Tədbir haqqında suala gəlincə, Səməd Seyidov bunları deyib: “Dünyada Qorbaçov çox yüksək səviyyədə qəbul olunur, çox yüksək səviyyədə mükafatlandırılır. Hətta “Nobel” mükafatınıda veriblər, ancaq bizim üçün Qorbaçov cinayətkardır. İndi Primakov Rusiyada yüksək səviyyədə qəbul olunur, yüksək səviyyədə müzakirə olunur. Rusiya üçün o qəbul olunan bir şəxsdir, ancaq bizim üçün çox böyük problemlər yaratmış bir kəsdir”.

 

Pərviz

Gununsesi.org