20 Yanvarda taksi sürücüsü ilə piyada arasında insident – YOLUN ORTASINDA SÜRÜDÜ

  • By admin
  • 19 Aprel 2021 10:53

Bakıda taksi sürücüsü ilə yolu keçməyə çalışan piyada arasında insident baş verib.

Gununsesi.info xəbər verir ki, Yasamal rayonu ərazisində – 20 Yanvar dairəsində Füzuli rayon sakini olan 1974-cü il təvəllüdlü Əbdürrəhimov Samir Baloğlan oğlu taksi kimi idarə etdiyi “Ravon-R4” markalı avtomobillə hərəkətdə olarkən yolun hərəkət hissəsinə çıxan piyada ilə mübahisə edib. Mübahisə zəminində sürücü nalayiq sözlərdən istifadə edildiyinə görə piyada həmin maşına yaxınlaşıb və sürücü ilə mübahisə davam edib. Bu zaman sürücü “sən məni zibilə salasan”, deyərək maşını hərəkət etdirib. Bədəninin bir hissəsini maşının pəncərəsindən içəri salmış piyada avtomobilin hərəkət etməsi ilə bir qədər sürünüb və yerə yıxılıb.

Yerə yıxılan Ziya adlı şəxs xəsarət alıb və ona tibbi yardım göstərilib.

Faktla bağlı Yasamal rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (Qəsdən sağlamlığa az ağır zərər vurma- ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) maddəsi ilə iş açılıb.

Qeyd edək ki, hadisəni törədən taksi sürücüsü daha əvvəl də məhkunmluq həyatı yaşayıb.

Gununsesi.info