“20 Yanvar”ın səbəbkarlarından biri də öldü

  • By admin
  • 01 Avqust 2022 12:22

SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sonuncu sədri general-leytenant Vadim Bakatin ölüb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Rusiya qəzeti” məlumat yayıb.

Bildirilib ki, sovet dövlət xadimi 85 yaşında Moskvada vəfat edib.

Qeyd edək ki, o, 1990-cı ilin yanvarın 19-dan 20-sinə keçən gecə Bakıya qoşun yeridilməsinin əmrini verən şəxslərdə biri olub. Əməliyyata rəhbərlik etmək üçün həmin dönəm daxili işlər naziri olan V.Bakatin SSRİ Müdafiə Nazirliyinin Bakıda yerləşən hərbi qərargahında olub.

Gununsesi.info