
Bakıda daha bir intihar hadisəsi olub.
Gununsesi.info xəbər verir ki, 20-21 yaşlarında gənc Yeni Yasamaldakı 286 saylı məktəbin həyətindəki yarımçıq tikilidən özünü asıb.
İlkin versiya belədir. Hadisənin dünən axşam, yaxud bu gün səhərə yaxın baş verdiyi bildirilir. Hələlik adı açıqlanmayan gəncin Qəbələ rayonundan olduğu deyilir.
Rəsmi qurumlar da hələlik bu barədə açıqlama yaymayıb.
Gununsesi.info