20 yaşlı gənci elektrik cərəyanı vurdu

  • By admin
  • 10 Aprel 2021 20:56

Cəlilabad rayonunda bədbəxt hadisə baş verib.

Gununsesi.info xəbər verir ki,  hadisə rayonun Alar kəndində qeydə alınıb.

Məlumata görə, yüksək gərginlikli elektrik xətti qırılaraq yaxınlıqda olan kənd sakini, 2001-ci il təvəllüdlü Mirzəyev Əli Rza oğlunun üzərinə düşüb. Kənd sakini ağır dərəcəli yanıq xəsarətləri alıb. Yaralı ağır vəziyyətdə paytaxt xəstəxanalarından birinə köçürülüb. Hadisənin təfərrüatı dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info