20 yaşlı qız hamilə olduğunu doğuş zamanı öyrəndi

  • By admin
  • 15 İyun 2020 09:05

20 yaşlı qız hamilə olduğunu doğuş zamanı öyrənib.

Gununsesi.org-un məlumatına görə, hadisə Braziliyada baş verib.

O bildirib ki, hamilə olduğunu anlamayıb və övladını hamamda dünyaya gətirib.

Gənc qadın qeyd edib ki, son zamanlar yemək yemə istəyi daha da çoxalıb. Lakin o, bunu sevgilisindən ayrıldığı üçün depressiyaya düşməsi ilə əlaqələndirib:

“Son zamanlar sürətlə kökəlirdim, lakin bunun səbəbini hədsiz yeməyimlə əlaqələndirirdim. Ayaqlarım şişdiyi üçün həkimə getdim. Həkim isə bunu böyrəyimdəki problemlə əlaqələndirib məni evə göndərdi.

Ağrılarım çox olduğu üçün hamama getdim və bu zaman doğuş başladı. Uşaq dünyaya gələnə qədər nə baş verdiyini anlamadım”.

 

 

Gununsesi.org