20 yaşlı qız tetrisə ərə getmək qərarına gəlib

  • By admin
  • 08 Yanvar 2018 11:00

ABŞ-ın Florida ştatının sakini Nurul Maxcabin Xassan kalkulyatorla əlaqələrini kəsdikdən sonra tetrisə ərə getmək qərarına gəlib.

Gununsesi.info “Metro” qəzetinə istinadən xəbər verir ki, 20 yaşlı Nurul Xassan bir ildən artıq müddətdir tetrislə gündə təqribən 12 saat vaxt keçirir.

“Fikrimcə, tetris elə gözəl və idealdır ki, o insanda qeyri-standart düşünmək qabliyyəti yaradır”- deyə, Xassan vurğulayıb.

Tetrisə bağlı olan Nurul Xassan təhsilini bitirdikdən sonra tetrislə evlənmək planı olduğunu da bildirib.

Gununsesi.info