20 yaşlı şəxsi qatar vuraraq öldürüb

  • By arzu
  • 14 Noyabr 2019

Xaçmaz rayonunda ölüm hadisəsi qeydə alınıb.

Gununsesi.org xəbər verir ki, hadisə rayonun Çarxı kəndi ərazisində baş verib.

Xaçmaz rayonu, Çarxı kənd sakini 1999-cu il təvəllüdlü Mehdiyev Ağacan Maqsud oğlunu dəmiryol xəttində qatar vurub. 20 yaşlı gənc hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma başlanılıb. / APA

Gununsesi.org