200-dən çox qız cinsiyyət orqanının ölçüsünü dəyişdirir - ONLAR PORNO ULDUZLARA BƏNZƏMƏK İSTƏYİR

  • By admin
  • 03 İyul 2017 13:40

pornozvezdy-7

İngiltərənin Milli Səhiyyə xidmətindən (NHS) verilən statistika insanları dəhşətə gətirib.

Gununsesi.info “Mirror”a istinadla bildirir ki, 200-dən çox qadın cinsiyyət orqanını əməliyyat etdirmək üçün həkimlərə müraciət ediblər.

Onların 150-sinin yaşı 15-dən azdır. Hətta, yaşı 9-11 arası olanlar üstünlük təşkil edir. Bu barədə açıqlama verən həkim Naomi Crouch bildirib ki, ona müraciət edən uşaqlar bildiriblər ki, cinsiyyət orqanlarının ölçülərini dəyişdirmək istəyirlər.

Həkimin dediyinə görə, uşaqlarda belə düşüncənin formalaşmasının əsas səbəbi pornofilmlərdir. Hətta bu sübut da olunub. Çünki ona müraciət edən uşaqların çoxu bunu porno videolarda gördüklərini deyiblər.

Həkim bununla bağlı valideynlərə müraciət edib. O bildirib ki, valideynlər uşaqları üzərində nəzarəti gücləndirsinlər və onları belə fikirlərdən daşındırsınlar.

Qeyd edək ki, labiaplasty adlanan əməliyyatla qadın cinsiyyət orqanının forması dəyişdirilərək daha yaxşı hala gətirilir.

Gununsesi.info